ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçirilməsi nəzərdə tutulan inaqurasiya mərasimində kimlərin iştirak edəcəyi barədə müzakirələr gedir.
“Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub”. Bu xəbəri "Qafqazinfo" yayıb. Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.
Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib.
ABŞ-ın yeni prezidentinin adı elan olunandan sonra nəqliyyat naziri və onun oğlunun Tramp ailəsi ilə əlaqələrindən çox yazılıb. Bütün bunlarla əlaqədar, həmçinin inauqurasiyaya dəvət mövzusu ilə bağlı xəbərlərə aydınlıq gətirmək üçün "Yeni Musavat" nəqliyyat nazirinə müraciət edib. Gün ərzində dəfələrlə göstərilən cəhdlərin yekununda cənab Ziya Məmmədovla şəxsən danışmaq mümkün olub.
Sualı dinləyən nazir “Yeni Müsavat”a bunları bildirib: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin ”.
MilliYol.Az
Digər xəbərlər
loading...