Türkiyənin məşhur “Anne” serialında çəkilən 7 yaşlı Beren Gökyıldız son günlər aktrisalıq qabiliyyəti ilə hamını heyran edir.
Serialda Mələk obrazını canlandıran Beren Gökyıldızla yanaşı, digər baş rolları Cansu Dərə və Vahidə Perçin canlandırır.
Azyaşlı aktrisa serialın hər bölümünə 2500 manat, ayda isə 10 min manat qazanır.
O, 7 yaşlı olmasına baxmayaraq, istedadı ilə illərdir səhnədə olan bir çox aktrisaları geridə qoyub.
Qeyd edək ki, Beren Gökyıldız 2009-cu il avqustun 29-da İstanbulda anadan olub.
Aktyorluq fəaliyyətinə ilk olaraq "Fox TV"-də yayımlanan “Kocamın ailəsi” serialından başlayıb. 2016-cı ildə “Güldük-güldük” və “Anne” serialı iə çoxsaylı tamaşaçı sevgisini qazanıb.
Uğurlu performansı və əyləncəli rəftarları ilə diqqət çəkən kiçik ulduz, gələcəkdə məşhur aktrisa olmağı düşünür. O, aktrisalıqla yanaşı dərslərinə də vaxt ayırır. (atv.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...