Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.
Son gündə koronavirus əleyhinə 61 922 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 425, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 497 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 855 455, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 371 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 483 659 təşkil edir.