Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 336 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10428, ötən müddət ərzində isə ümumilikdə 3 778 410 test aparılıb.
Son gündə koronavirus əleyhinə 69718 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38663 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3740447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2321863, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1418584 təşkil edir.