Ərköyün oğlunun tələblərinə qarşı gələ bilməyən Təhsil Şöbəsinin müdirəsi bir ay əvvəl 5 min manat xərclədiyi 10 OC 099 nömrəsini bir ay sonra 10 min manatlıq 10 CB 002 nömrəsi ilə əvəzləyib
Mətbuatda bir ay öncə Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovannın oğluna 70 min dollara “Lexus LX 570” avtomobilini alması xəbəri yayılmışdı. Həmin xəbərdə bildirilirdi ki, 4 ay əvvəl Beyləqan rayon təhsil şöbəsinə müdir təyin olunan Xuraman Rüstəmova oğluna aldığı avtomobil üçün 100 min manatı məktəb direktorlarından zorla toplayıb. Qeyd edək ki, Xuraman Rüstəmovanın oğlu Tural Əliyev bir ay əvvəl 70 min dollarlıq avtomobili ilə “Facebook” sosial şəbəkəsindəki səhifəsində şəkillər paylaşmışdı.
Bilidrək ki, həmin məlumat yayıldıqdan sonra Xuraman Rüstəmovanın oğlanlarına məxsus “Facebook” profilləri bağlandı. Məlumata görə, 70 min dollarlıq avtomobil xəbərinin ictimailəşməsindən sonra qorxuya düşən Təhsil Şöbəsinin müdiri oğlanlarına profillərini bir müddət bağlamağı tapşırıb.
Qeyd edək ki, şöbə müdirinin oğlu Tural Əliyev Beyləqan rayonunda “Polisə Dəstək” İctimai Birliyində işləyir və maaşı cüzidir. Yəni Tural Əliyev yeməsə-içməsə və maaşını 10 il toplasa, o maşını almağa pulu yetməzdi. Amma buna baxmayaraq Xuraman Rüstəmovanın oğlu hər gün 70 min dollarlıq maşını ilə Beyləqanda avtoşluq edir. Bəzən onu böyük qardaşları da əvəz edirlər. Şöbə müdirinin 70 min dollara “Lexsus” almasından cuşa gələn digər oğlanları Elgün və Yasin Əliyevlər də, gecə yarısı Beyləqan şəhərinin mərkəzi küçələrində əməlli-başlı avtomobil şousu göstərirlər. Xuraman Rüstəmovanın digər oğlanları Elgün Əliyev Beyləqan rayon Məhkəməsində və digər oğlu Yasin Əliyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsində çalışırlar və onlarında maaşları belə bir maşını almaq üçün yetərli deyil.
Xatırladaq ki, xanım Rüstəmova oğluna "Lexus LX570" marakalı avtomobili almazdan bir neçə həftə öncə ölkə mətbatında Beyləqan rayon təhsil şöbəsinin müdirinin məktəb direktorlarından 1000-1500 manat arasında pul toplaması haqqında məlumat yayılmışdı. Məlumatı mətbuata narazı məktəb direktorlarının ötürdüyü ehtimal olunurdu. Təhsil Şöbəsi müdirinin oğluna məxsus 10 OC 099 dövlət nişanlı yeni model “Lexus LX 570” avtomobili isə Beyləqanda təkcə onlara məxsus olduğu bildirilirdi.
Maraqlıdır ki, bir ay əvvəl mətbatda məlum yazı getdikdən sonra Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu Tural Əliyev yenidən sosial şəbəkədə bahalı maşını ilə şəkil paylaşıb. Amma bu dəfə şəkildə diqqəti cəlb edən baçqa bir detal da var. Tural Əliyev maşının 10 OC 099 nömrəsini yeni bir nömrə ilə - 10 CB 002 nomrəsi ilə əvəz edib.
AzMedia.info saytına Beyləqan rayonundan daxil olan məlumata görə, 2 həftə öncə Xuraman Rüstəmova oğlunun tələbi üzərinə 10 CB 002 nomrəsini alıb və buna görə 10 min manat xərcləyib. Bir daha qeyd edirik edirik ki, Beyləqan rayonunda “Polisə Dəstək” İctimai Birliyində işləyən Tural Əliyev özünün əməkhaqqısı ilə heç 10 manata da nömrə ala bilməz. Çünki Beyləqn şəhərində Tural Əliyevin yaşam tərzi hər kəsin gözü qabağındadır və bu ərköyün gənc hər gün aylıq maaşından daha çox pul xərcləməsi də Beyləqnda heç kimə sirr deyil. Ona bu imkanı təbii ki, 5 ay əvvəl Beyləqan rayon təhsil şöbəsinin müdiri vəzivəsinə təyin olunan anası xanım Rüstəmova saxlayır. Nəzərə alsaq ki, xanım Rüstəmovanın da maaşı 70 min dollarlıq avtomobil almaq üçün yetərli deyil, o zaman təbii olaraq ortaya sual çıxır. Xanfm Rüstəmova və ailəsi bu qədər vəsaiti hardan və necə qazanır? Bu sualın cavabını təbii ki, hər şeydən əvvəl hüquq-mühafizə orqanları, xüsusən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi verməlidir. Hər halda onların aparacağı araşdırma Xuraman Əliyevanın bu qədər pulu hardan qazandığına bir aydınlıq gətirə bilər.
Digər tərəfdən, Xuraman Rüstəmovanın 5 aylıq fəaliyyəti Təhsil Nazirliyi tərəfindən də araşdırılmalı və bu xanımın bu qədər pulu hardan qazanması Təhsil Nazirliyinin də maraq daxilində olmalıdır. Bütün hallarda təhsil naziri cənab Mikayıl Cabbarov öz işçisinin 5 ay müddətində bu qədər var dövləti hardan qazanması ilə maraqlanmalıdır.
Onu da qeyd edək ki, hazırda ölkədə iqtisadi problemlər var və xüsusən rayonlarda əhali çox kasıb durumda yaşamaqdadır. Beyləqan rayonu isə ölkənin ən kasıb rayonlarından biri hesab olunur. Məmurların sağa-sola pul dağıtmaları, dövlətin və vətəndaşların cibindən oğurladıqları var-dövlətlərini aşikaranə şəkildə nümayiş etdirmələri isə xalq arasında ciddi qıcıq yaradır. Bu isə nəticədə əhalinin talançı məmurların əl-qolunu yığa bilməyən hakimiyyətə qarşı narazılıq yaradır.
Məsələ orasındadır ki, Xuraman Rüstəmova kimi məmurlar dövləti və xalqı soymaqla yanaşı, eyni zamanda əhalini də hakimiyyətdən narazı salan əsas faktor olaraq çıxış edirlər. Bununla bağlı isə möhtərəm prezidentimiz İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib. Ancaq görünür ki, prezidentin xəbərdarlıqları dövləti talan etməklə böyük sərvət qazanan məmurlara çatmır. Hətta onlar Eldar Mahmudovun və digərləninin taleyindən belə ibrət götürmək istəmirlər.
Açıq deməliyik ki, hazırda gözlərini pul tutan orta təbəqə məmurlar xalqı hakimiyyətdən narazı salan əsas faktor olaraq çıxış edirlər və təbii ki, onların qarşısını tabe olduqları üst qurumlar almalıdır. Əgər Xuraman Rüstəmovanın oğlu 70 min dollarlıq maşını və 10 min manatlıq nömrə ilə sosial şəbəkədə nümayişkəranə şəkildə lovğalanıb insanlara qıcıq verirsə, bunun qarşısını təhsil naziri cənab Mikayıl Cabbarov almalıdır. Təbii ki, bu kimi yol verilməz hərəkətlərə yol verən, həmçinin dövlətin vəsaitini mənimsəyən məmuru sərt şəkildə cəzalandırmaqla…
Bir daha qeyd etmək istəyirik ki, ölkəinin iqtisadı durumunun yaxşı olmadığı bir dönəmdə Təhsil Şöbəsinin müdirinin oğlanlarına bu qədər vəsait xərcləməsi artıq ciddi bir siqnaldır. Çünki Beyləqandan mətbuata ötürülən məlumatlarda qeyd edilir ki, Xuraman Rüstəmova təhsil şöbəsi müdiri təyin olunduqdan sonra ümumilikdə hər bir məktəb direktorundan 4-5 min manat arasında vəsait yığdırıb. Yəni ayda minimum 1000 manat. Bu vəsaitin bir hissəsi icra başçısı Vaqif Abdullayevin təhsil şöbəsi müdirindən pul tələb etməsi, Hesablama Palatasının yoxlamaya gəlməsi və Prezident İlham Əliyevin Beyləqana səfərinə hazırlıq adı altında yığılıb. Məlumata görə, şöbə müdiri son pul yığımı zamanı dövlət başçısının səfəri öncəsi rayonda abadlıq-quruculuq işlərinin görülməsi üçün İcra Hakimiyyətinə kömək məqsədi ilə Vaqif Abdullayevin pul istədiyini direktorlara deyib və hər direktordan 500-1000 manat arası məcburi pul toplatdırıb.
Bura həmçinin Xuraman Rüstəmovanın büdcədən mənimsədiyi vəsaitləri də əlavə edərsək, onda bu xanım məmurun aylıq gəliri kifayət qədər böyük olur və bu halda xanım Rüstəmova hesab edir ki, onun oğlu 10 min manatlıq nömrəsi olan 70 min dollarlıq maşınla Beyləqanda hər kəsə qıcıq verməlidir. Yəni görünən odur ki, Xuraman Rüstəmova və oğlanları dövlətin və xalıqn hesabına milyoner kimi yaşamağı adi hal kimi qəbul edirlər. Hətta məsələ o yerə çatıb ki, ərköyün oğlunun tələblərinə qarşı gələ bilməyən Təhsil Şöbəsinin müdirəsi bir ay əvvəl 5 min manat xərclədiyi 10 OC 099 nömrəsini bir ay sonra 10 min manatlıq 10 CB 002 nömrəsi ilə əvəzləyib. Bu möhtərəm prezidentimizin də dəfələrlə vurğuladığı “qudurğanılığın” son həddidir əslində.
Hər bir rayonda İcra Hakimiyyəti başçılarının nömrəsi 001 seriyası ilə başlayır. Artıq özünü Beyləqanda Vaqif Abdullayevdən sonra ikinci adam kimi hiss edən Təhsil Şöbəsinin müdirəsinin yerə-göyə sığmadığı deyilir. Hətta bir neçə gündür ki, xanım Rüstəmova işə və evə 10 CB 002 seriyalı “Lexus LX 570”lə gedib-gəlir...
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AzMedia.info
Fotolar
Digər xəbərlər
loading...