Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.
APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib.
E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.
Dəfndən sonra havaya yaylım atəşi açılıb.
Fotolar
Digər xəbərlər
loading...