Bakının Biləcəri qəsəbəsindəki uşaq bağçasında özbaşınalıq baş alıb gedir.
Sfera.az-ı redaksiyasına müraciət edən bir qrup valideyn 298 aylı uşaq bağçasından şikayətlərinin olduğunu bildiriblər. Onların sözlərinə görə, havalar soyuyandan müəssisənin istilik sistemi normal işləməyib.
Bu il soyuqlar tez düşsə də adıçəkilən bağçada nəzərə alınmayıb. İstilik sisteminin təqvim üzrə işə düşməli olan 15 noyabr tarixinə qədər siniflərdə qızdırıcılarla yola verilib. Bu səbəbdən xeyli körpə xəstəlik tapıb. Hətta bəzən uşaqların yarısının dərsə gəlmədiyi günlər də olub.
Son zamanlar isə uşaqların qida rasionunda dəyişikliklər olub. Lazım olan yeməklər daha bəsitləri ilə əvəz olunub. Məsələn, günün ikinci yarısında verilməli olan isti qidalar peçenye və pendir-çörək əvəzlənib. Günorta yeməyində isə iki çeşit yemək əvəzinə ancaq yağsız kartof püresi yedizdirilir.
Uşaq baxçasında özbaşınalıqlar bununla da bitmir. Müəssisənin direktoru İradə Əhmədova bağçadakı yerləri satmala məşğuldu. Hər yeni uşaqdan 350 manat və aylıq da 50 manat tələb edir. Razılaşmayan valideynlərə isə "hara müraciət edirsiniz edin, mənim arxam güclüdür” deyir.
Müdirin rüşvət ehtirasından təkcə valideynlər yox, tərbiyəçilər də şikayətçidilər. Son günlər İ.Əhmədova hər tərbiyəçinin üzərinə 50 manat "tas” qoyub və bununla əsaslandırıb ki, "hesablama palatası”ndan yoxlama var, ona görə yığılır.
Xatırladaq ki, 298 saylı körpələr evi-uşaq bağçası dövlət müəssisəsidir və orada tərbiyə alan uşaqlar üçün valideynlər heç bir ödəniş etməli deyillər.
MilliYol.Az
Digər xəbərlər
loading...