Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və şəriki Ayaz Kərimovun şirkəti “Caspian Telecommunication LTD”-nin xarici ölkələrdəki bank hesablarına həbs qoyulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər arasında mesajlaşmalardan və istintaqın araşdırmasından şirkətin faktiki olaraq A. Mahmudova aid olması, A. Kərimovun isə onu idarə etməsi bəlli olur.
Latviya Respublikasından istintaqa göndərilmiş bank sənədlərindən görünür ki, “Caspian Telecommunication LTD” şirkətinin təsisçisi, səhmdarı və direktoru A. Kərimov “Rietumu Banka” JSC-də hesab açıb. Şirkətin bank hesabı üzrə 121 milyon 372 min ABŞ dolları, 413 min 737 euro, 35 min 135 İsveçrə frankı və 1 milyon 816 min 110 Kanada dolları məbləğində dövriyyəsi olub. 05 aprel 2016-cı il tarixə hesabda 331 min 721 ABŞ dolları və 2 min 169 euro qalıq qalıb, həmin vəsait üzərinə həbs qoyulub.
Belə ki, “Caspian Telecommunication LTD” 81 milyon 534 min ABŞ dollarını özlərinə məxsus “Cartburg Netvorks corp” şirkəti vasitəsilə “AzInTelecom” MMC-nin hesabına köçürülüb. Digər pullar isə rəsmi olaraq A. Kərimovun adına olan və Mahmudovların nəzarət etdiyi şirkətlərə köçürülüb.
Mahmudovların digər şirkəti olan “Cartburg NC” ilə bağlı Latviya Respublikasından daxil olmuş sənədlərdən görünür ki, şirkətinin rəhbəri Manti Effrosyni olub və onun tərəfindən “Rietumu Banka” JSC-yə göndərilən məktubda şirkətin adından A. Kərimovun çıxış edəcəyi bildirilib.
“Cartburg NC” şirkətinin bank hesabının ümumi dövriyyəsi 89 milyon 110 min 980 ABŞ dolları olub. Pul vəsaitləri hesaba 5 mənbədən daxil olub. Belə ki, “Caspian Telecommunication LTD” şirkətindən 72 milyon 42 min 919 dollar, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 9 milyon 803 min 212 dollar dollar pul şirkətin hesabına köçürülüb. Qalan pullar isə “Deutsche Telekom”, “Beltelekom” və “Megafon” operatorlarından daxil olub.
Şirkət özü isə 9 mənbəyə pul göndərib. Rabitə Nazirliyinin Mərkəz rəhbəri, hazırda həbsdə olan Cəlil Cəfərovun direktor olduğu “AzInTelecom” MMC-yə 81 milyon 534 min ABŞ dolları köçürülüb.
2 milyon 872 min dollar isə İsrailin “Allot Communications” firmasının hesabına göndərilib. Buna səbəb isə Milli Təhlükəsizlik Nazirliyinin “Avropa Oyunları” öncəsi Azərbaycandakı operatorlarla danışıqlar, Facebook, Viber və Whatsapp yazışmalarını izləmək üçün İsraildən gətirtdiyi avadanlıqların alınması olub. Yəni, MTN-nin şifarişi ilə A. Kərimov və MTN işçisi Riyad İsrailə gedərək bu şirkətlə görüşüblər. A.Kərimov rəhbəri olduğu “AKEY” MMC vasitəsilə bu işləri görüb. Həmin şirkətin texniki direktoru Cəmil Abdulayev istintaqa ifadəsində bu barədə məlumat verib və bildirib ki, İsraldəki görüşdə o da iştirak edib. Həmin avadanlıqlar alınıb ölkəyə gətirildikdən sonra Azərbaycanda “Delta Telecom”, “Azərtelecom”, “Azercell”, “Bakcell” və “Azerfon” şirkətlərində MTN avadanlıqları üçün ayrılmış ayrıca otaqda quraşdırılıb.
Şirkətin hesabından 1 milyon dollar dolları A. Kərimovun adına olan “Fonfon LTD” şirkətinə, 143 min dollar “AKEY” MMC-yə, 187 min dollar Maskolev Yevgeni adlı şəxsin 12 min dollar Amerind Universal LTD şirkətinə köçürülüb. “Caspian Telecommunication LTD” şirkətindən göndərilən 81 milyondan 1 milyon 257 min dolları geri qaytarılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...