Bu günlərdə İqtisadçı Nazim Bəydəmirlinin mətbuatda Dövlət Gömrük Komitəsini ifşa edən faktlar açıqlayıb. Faktlarla tanış olduqca gömrük orqanlarının vətəndaşlara etdiyi zülmün ərşə qalxdığı aydın görünür.
Bununla bağlı bəhs etdiyimiz yazıda N.Bəydəmirli qeyd edir ki, mahiyyəti o qədər də böyük olmayan, lakin səriştəsiz və savadsız gömrük işçilərinin böyük qanun pozuntusuna gətirib çıxaracaq əməlləri barədə məcbur olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, Baş Nazir Əli Əsədova, Baş Prokuror Kamran Əliyevə və bütün orqanlara, eyni zamanda Prezidentə müraciət yazıb.
Müraciətdə “Azərpoçt”un “28 May” metrostansiyası yaxınlığında yerləşən gömrük postunda özbaşınalıq bəhs olunur və dəfələrlə burdakı laqeyd, vətəndaşlara olan ikili münasibətdən bəhs olunsa da, yuxarı inistansiyalara məlumat verilib, şikayət edilsə də bu biabırçılıq hələ də davam edir. Müraciətdə deyilir: “Çoxsaylı şikayətlərə baxmayaraq tədbir görülmür, nə də gömrüyün əməkdaşları özlərinə bir ibrət götürmür. Dəfələrlə ətrafımdakı insanların bağlamalarının gömrük postunda əsassız olaraq saxlanılmasının və DGK-yə şikayət ünvanlayandan sonra buraxılmasının şahidi olmuşdum.”
Müraciətdən aydın olur ki, adı çəkilən mühüm dövlət orqanında ya həqiqətən səriştəsiz və savadsız, gömrük qanunlarını və nizamnaməsini bilməyən insanlar oturub, yaxud da onlar o qədər arxayındırlar ki, uf demədən qanunları pozub, vətəndaşları incidə bilərlər. Belə ki, bildiririk ki, Əsasən inispektorılar Abdullayeva Güllü və Cümşüdova iradənin vətəndaşla düzgün olmayan danışıq formasından (Güllü xanımın özündən əmin və razı şəkildə yüksək səslə “Bağlamanızı şəxsən özüm saxlamışam”, deməsi və sonradan nəyə görə saxlamasını düzgün əsaslandıra bilməməsi, işin onun səlahiyyətində olmamasını, İradə xanımın nəzarətində olmasını deməsi, və ikincinin də sifarişçi vətəndaşla eyni davranması və sair) bəhs edən N. Bəydəmirlinin yuxarı inistansiyalara etdiyi mütraciət və sorumuna cavabın verilib verilməməsi də hələlik sual altındadır. Lakin görünən və bilinən budur ki, Dövlət Gömrük Komitəsinin ayrı-ayrı strukturlarında işini heç də vətəndaşlarımızın rifahı istiqamətində qurmayan əməkdaşları var və bunlar yetərincədir. Əks halda bu qədər şikayət olmaz və süründürməçilikdən, təhdid və təhqir, möhtəkirlik, insanları incitmək halları olmazdı.
Ölkə başçısının qətiyyətli çıxışları, məmurları xalqa xidmət etmələri üçün vəzifələrə gətirdilməsi və əgər hər hansı bir qanun pozuntusu olarsa anındaca cəzalandırılacağı haqda dedikləri deyəsən, Dövlət Gömrük Komitəsi tərəfindən “rastomoşka” edilməyib, bu xəbərdarlıq gəlib onlara çatmayıb. Əks halda son beş ildə bəzi məmurların işlərinə bəslədikləri soyuq münasibət, korrupsiya bataqlıqlarına düşmələri, möhtəkirlik etmələri onlarda bir tərpənişə səbəb olar və işlərini yenidən qura bilərdilər. Lakin məsəl var, hava buraxan əzaya nə työvbə.
Əsas mövzuya girməzdən əvvəl yuxarıda bəhs etdiyimiz müraciətə bir də nəzər salaq. N. Bəydəmirli yazır: “Zəng edib Cümşüdova İradə ilə də danışdım, daha doğrusu cəhd etdim, çünki o da inspektor Güllü kimi söz eşitmək istəmir, dediyini deyir, üstəlik o da həmçinin gömrük qaydalarından bixəbər idi. A.Güllü ilə olan söhbət bir də C. İradə ilə təkrarlandı.
Sonda deməyə söz tapmadığını görüb “ikinci xəttə zəng gəlir, hansısa vətəndaşın sualı var, görüm dərdi nədir ?” kimi uydurma bir söz atıb aradan çıxmaq istədi. Guya bunlar vətəndaşın qeydinə qalırlar. Sonda isə “bağlamanızı buraxa bilmərəm dedi” və bununla da söhbətimiz sonlandı.
Mən başa düşmürəm, bu qaydalardan bixəbərləri kim işə götürür ? Belə çıxır ki, yoldan ötən hər kəs gömrükdə işə düzələ bilər?”.
Hə, Cümşüdova İradənin vətəndaşla bu sayaq rəftar etməsi indan xəbər verir ki, “yoldan ötən hər kəs gömrükdə işə düzələ bilər”. Amma yox, ola bilməz. Hər yoldan ötənin hansısa yolda dayanan, post tutan elə bir adamı, yaxud “baxtı” olmalıdır ki, o orqanda işə düzəlsin ki, insanları bezdirməyi bacarsın, ən dəhşətlisi isə ünvanına daima tənqidi fikirlər səsləndirilən Dövlət Gömrük Komitəsini daha çox tənqidn obyektinə çevirsin.
Jurnalist araşdırması apardıq. Deyilənlər öz əksini tapdı. Hətta “Azərpoçt”un “28 May” metrostansiyası yaxınlığında yerləşən gömrük postunda çalışan adının çəkilməsini istəməyən xanım əməkdaşı elə faktlara toxundu ki, indilərdə bu məsələyə toxunmaq istəməzdik. Lakin nəzərə alaq ki, insanın şəxsi həyatı da iş yerində, eləcə də işlədiyi insanlara örnək olmalıdır. Bu dövlət məmuruna, yaxud nüfuzlu bir təşkilatın işçisinə daha vacib lazımdır.
Mövzuya qayıdacağıq. İ. Cümşüdova kimi və eləcə də digər işçilərin hansı ki, bu böyük dövlət strukturuna başucalığı gətirməyənlərin hansı keyfiyyətlərinə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə əziz olduqlarını araşdıracağıq. Faktlar ondan xəbərverir ki, tez bir zamanda adı çəkilən idarədə islahatlar aparılmalıdır.
Mənbə: XalqXeber.Az