Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 895 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddət ərzində isə ümumilikdə 3 690 224 test aparılıb.
Son gündə koronavirus əleyhinə 42843 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20559 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3032516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1971930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1060586 təşkil edir.