Son bir neçə gün davam edən hava şəraitini nəzərə alsaq, qarşıdan gələn qışın sərt və şaxtalı olacağına güman edə bilərik. Odur ki, sürücülər yollarda qalmamaq üçün indidən avtomobillərini qış aylarına hazırlamalıdır.
Avtomobil ustaları qışa hazırlıq zamanı ilk işin texniki baxış olduğunu bildirib. Bu, hər bir avtomobil üçün aparılacaq mövsümü baxışdır. Mövsümü baxış aparılarkən avtomobilin bütün vəziyyətləri yoxlanmalıdır.
Bu mövsümdə təhlükəsizliyin təminatı sürücünün ətraf mühiti görməsindən başlayır. Bunu təmin etmək üçün şüşə yuyucu və siləcəklərini güzgü və şüşə qızdırıcılarının işini və salonun isitmə sistemini yoxlamaq lazımdır. Soyuq havalarda yaranan ən böyük problemlərdən biri də şüşətəmizləyənlərin donmasıdır. Bu halın baş verməməsi üçün avtomobil ustaları xüsusi donmayan mayelərdən və mövsümə uyğun rezinlərdən istifadə etməyi məsləhət görür. Bu mayelərin qablarının üzərində donma temperaturu yazılır.
Mühərrikin soyuducu mayesinin səviyyəsinə və keyfiyyətinə diqqət yetirmək lazımdır. Bu mayenin istifadə müddəti növündən asılı olaraq, iki ildən 5 ilə kimidir. Soyuq havada istehsalçının icazə verdiyi ən duru mühərrik yağından istifadə etmək tövsiyə edilir. Mühərrikin soyuq havada rahat işə düşməsi həm də akkumlyator start sisteminin işindən asılıdır.
Həmçinin qarlı və buzlu havalarda şinlərin vəziyyətinin çox böyük önəmi var. Şinləri yoxlamağın ən asan yolu ara protektorlarına baxmaqdır. Protektorları yeyilmiş təkərlər qış mövsümündə əlverişsizdir. Yol hərəkəti qaydalarına görə təkərin praktektırının qalınlığı 1.6 milli metrdən çox olmalıdır.
Bundan başqa, şaxtalı günlərdə rezinlər donduğu üçün bir çox sürücü avtomobilinin qapısını aça bilmir. Çıxış yolu olaraq da qaynar sudan istifadə edirlər. Lakin bu, çıxış yolu deyil. Bu kimi hallarla qarşılaşmamaq üçün qapı rezinlərinin arasına spirt sürtmək kifayətdir.
“Digesta” hüquq mərkəzinin rəhbəri Ərşad Hüseynov da bu barədə sosial şəbəkədə yazaraq sürücüləri diqqətli olmağa çağırıb:
“Sürücüləri diqqətli olmağı tövsiyə edirəm. Axşama doğru temperatur bir az da düşsə və yağıntı olsa, yollar buz bağlayacaq. Belə olanda yollarda daha diqqətli olmaq, ara məsafəni artırmaq, zolaqlarda intervalı pozmamaq lazımdır. Yağıntı olsa, görünmə də məhdudlaşacaq. Ona görə də sərt manevrlər şox təhlükəli ola bilər.
Xüsusən körpülərdə diqqətli olun. Körpü aşırımları lap tez donur.
Piayadalara da diqqət edin, qulağını, üzünü bağlayan piyada sadəcə olaraq avtomobilinizin səsini eşitməyə və sizi görməyə bilər.
Unutmayın ki, qarda və buzda sürüşməyən təkər və avtomobil yoxdur. Sadəcə özünüzü və bir-birinizi qoruyun”.(qafqazinfo)
MilliYol.Az
Digər xəbərlər
loading...