“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayır.
"Milli Yol" xəbər verir ki, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” adlı layihə Türkiyənin və Gürcustanın bir neçə şəhərində həyata keçiriləcək.
Layihə çərçivəsində ilk tədbir mayın 20-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. Bu layihənin əsas məqsədi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) dağıdılmış tarixi abidələr, maddi-mədəniyyət nümunələri barədə məlumat çatdırmaqdır.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın təkcə mədəni və tarixi salanməsinə milyardlarla manat ziyan dəymişdir.
Milli-mədəni dəyrlər-tarixi abidələr, heykəllər, qədim xalçalar, talan edilmişdir. Məhv edilən nümunələr təkcə Azərbaycana məxsus deyil, dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyinin sədri İradə Nəsirovanın saytımıza verdiyi məlumata görə, layihə çərçivəsində Türkiyə və Gürcustanda geniş maarifləndirmə işləri aparılacaq. Bu ölkələrdə tədbir iştirakçılarna ermənilərin dağıtdığı tarixi abidələr, mədəniyyət nümunələri barədə məlumat veriləcək, bukletlər paylanacaq, video-çarx nümayiş etdiriləcək.
"Milli Yol"
Digər xəbərlər
loading...