“Sosial mənzillərin tikilməsində əsas məqsəd insanların ev problemini həll etməkdir. Vətəndaşlar əmin olsunlar ki, heç kim bu layihədən kənarda qalmayacaq. Kimin ehtiyacı varsa, həmin şəxsə ev almaq üçün imkan yaradılacaq". Bunu azvision.az-a millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, kimlərin güzəştli şərtlərlə sosial mənzilə sahib olacağı açıqlanıb: “Bu vaxta qədər kimlərin güzəştli şərtlərlə sosial ev alacağı haqda məlumatlar açıqlanıb. Digər açıqlamalar hələ verilməyib. Bununla bağlı yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi cənab prezidentin tapşırığı ilə öz əsasnaməsini hazırlayır. İlin sonuna qədər lazım olan sənədlər tam hazır olacaq. Bundan sonra digər məsələlərlə bağlı insanları maraqlandıran məlumatlar açıqlanacaq”.
Millət vəkili vətəndaşları maraqlandıran mühüm məsələyə aydınlıq gətirib. Bildirib ki, rayon qeydiyyatında olan şəxslər Bakıda sosial ev ala bilməyəcək: “Evlər harada tikilirsə, orada qeydiyyatda olan şəxslərə satılacaq. Sözsüz ki, maaşın, iş yerinin və həmin vəsaiti ödəmək qabiliyyətinin olması əsas şərtlərdən biridir. Ümumilikdə ilin sonuna kimi digər açıqlamalar olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...