Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 204 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 398 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 775 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 746, ötən müddət ərzində isə ümumilikdə 3 615 110 test aparılıb.
Son gündə koronavirus əleyhinə 40 844 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 373 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 742 867, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 783 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 959 361 təşkil edir.