Şirvan Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
MilliYol.Az xəbər verir ki, bu barədə Şirvan şəhər icra başçısı İlqar Abbasov əmr imzalayıb.
Əmrə əsasən, Aynur Fərzəliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, daha öncə bu vəzifəni Elmira Ağayeva yerinə yetirib. O, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
Aynur Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.
Digər xəbərlər
loading...