"Rusiya yenə aktiv şəkildə regionda nüfuz sahibi olmaq üçün əlindən gələni edir". Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Ekspert danışıqlar dayansa da, son zamanlar Dağlıq Qarabağ məsələsi ətrafında gedən bəzi siyasi proseslərə diqqət çəkib:
"Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı təkliflərindən sonra erməni tərəfi Bakının mesajına konkret bir cavab verməli idi. Məhz təlimlər keçən müddətdə ali baş komandan növbəti dəfə Lələtəpədən münaqişənin həlli istiqamətində bir sıra bəyanatlarla çıxış etdi. Fikir verin, çox keçmədən Rusiyanın məxfi kanalı Sərkisyandan müsahibə götürdü. Bu müsahibə, əslində, bir sıra mətləblərdən xəbər verir. Yəni artıq Rusiya bu istiqamətdə müvafiq addımlar atmağa başlayır. Paralel olaraq, ermənilərin Azərbaycana səfəri də Ermənistana mühüm bir mesajdır ki, Qarabağ məsələsini nəyin bahasına olursa-olsun həll etmək lazımdır. Ən başlıcası, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, səhra komandiri Sərkisyanın problemin həllinin ya Dağlıq Qarabağın Ermənistana birləşməsində, ya da müstəqilliyin tanınmasında olduğunu söyləməsi daxili auditoriyaya hesablanmış bir addım idi. Ümumiyyətlə, bu kimi siyasi məsələlər Dağlıq Qarabağ münaqişəsində müsbət istiqamətdə atılmalı addımlar üçün verilən mesajlardır. Bundan sonra danışıqlar naminə danışıqların özü belə, müsbət hal deyil. Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində istənilən danışıqlara hazırdır. Bu şərtlə ki, ermənilər işğalçı qüvvələrini ərazilərimizdən tez bir vaxtda çıxarmalıdırlar. Bundan sonra isə mərhələli şəkildə digər məsələlərə qayıda bilərik".
MilliYol.Az
Digər xəbərlər
loading...