Müqayis Verdiyevin həbsi əvvəlcədən planlanıb və bu oyun Zakir Fərəcov, Nazim Fərəcov və Müqayis Verdiyevin birgə razılığı ilə oynanılıb
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun fəhlələrin pulunu mənimsəmək üçün mühdiş maxinasiyası ortaya çıxıb.
AzToday.az xəbər verir ki, İcra başçısının maxinasiyası bir müddət öncə istifadəyə verilən Sumqayıt dəbnizkənarı parkında həyata keçirilib. Belə ki, Zakir Fərəcovun Sumqayıta ikinci qayıdışından dərhal sonra "bulvar"da təmir və tikinti işlərinə start verildi və qısa müddətdə işlər sona çatdırıldı. Prezident İlham Əliyev də Sumqayıt Dənizkənarı Parkın açılışında iştirak etdi. Amma bundan sonra bir neçə günün içində hər şey dəyişdi. Belə ki, tikinti işlərinə ümumi rəhbərlik edən iş adamı Müqayıs Verdiyev həbs edildi. Rəsmi olaarq açıqlanan məlumatda iş adamının Sumqayıt Dənizkənarı Parkının tikintisində iştirak edən iş adamlarının və fəhlələrin pulunu verməməsi və həmin vəsaiti mənimsəməsi olub. Qeyd edək ki, pullarını ala bilməyən fəhlələr bir neeçə dəfə etitaz aksiyası keçirib. Lakin onlar pullarını hələ də ala bilməyiblər. Müqayıs Verdiyev isə öz növbəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu fəhlələrin və onunla birlikdə çalışan iş adamlarının pullaarını mənimsəməkdə ittiham edib.
Maraqlıdır ki, Müqayıs Verdiyev ona çatacaq pulu Sumqayıt Dənizkənarı Parkının açılışından əvvəl alaıb. Onun hesabına keçən pulları nəqləşdirən iş adamı daha sonra həbsxanaya girib. Elə kələfin ucunu da burda axtarmaq lazımmış.
Xatırladaq ki, iş adamı bu işlərə başlamamışdan öncə də həbsdə idi. Anoloji hadisə Goranboy rayonunda da bir neçə il əvvəl baş vermişdi və bu hadisə uzun müddət mətbuatın gündəmində qalmışdı. Goranboyda gördüyü işlərdən sonra fəhlələrin pulunu vermədiyi üçün fəhlələri etiraza sövq etmək adıyla həbs olunan Müqayıs Verdiyev bir müddət sonra həbsdən azad olunmuşdu. Həbsxanada olduğu müddətdə saxlama kamerasında hər gün kef məclisi quran Müqayıs Verdiyev hətta onun üxün çalışan bəzi jurnalistlərə Bakının məşhur restoranlarında mütamadi olaraq qonaqlıq da verirdi.
Müqayıs Verdiyevin həbsdən azad olunması da müzəmmalı şəkildə baş verdi. Hər kəsə məhkəmədən bəraət aldığını bildirən Müqayıs Verdiyevin cinayət işinin hələ də davam etdiyi bu yaxınlarda məlum olub. Həbsxanadan çıxar-çıxmaz Sumqayıtda peyda olan Müqayıs Verdiyev Zakir Fərəcovun ən iri layihələrini həyata keçirməyə başladı. Onlardan biri və ən böyüyü Sumqayıt Dənizkənarı Parkının tikintisi idi.
Maraqlıdır bəs nəyə görə Zakir Fərəcov belə bir adama Sumqayıt Dənizkənarı Parkının tikintisini etibar edib və sonra həbs etdirib? Axı hər kəsdən əvvəl Zakir Fərəcov Müqayıs Verdiyevin hansı reputasiyaya sahib olduğunu yaxşı bilirdi. Çünki Müqayıs Verdiyev Zakir Fərəcovun qardaşı, sabiq deputat Nazim Fərəcovun qardaşı ilə yaxın münasibətləri olan şəxs olub.
Bu barədə AzToday.az saytını məlumatlandıran mənbə ildirib ki, əslində hər şey əvvəlcədən planlanıb və bu oyun Zakir Fərəcov, Nazim Fərəcov və Müqayis Verdiyevin birgə razılığı ilə oynanılıb. Belə ki, Müqayis Verdiyevlə Zakir Fərəcov arasındakı əlaqələri başçının qardaşı, sabiq millət vəkili Nazim Fərəcov həll edibmiş. Razılaşmaya görə, Müqayis Verdiyev kənar şirkətləri nisyə işə cəlb edir, müəyyən vəsait xərclənir, tikinti işləri bitəndən sonra isə o həbs edilir. Nəticədə işə cəlb olunmuş müəssisələr Müqayis Verdiyevdən pul ala bilmirlər. Bununla da tikintiyə ayrılmış pulların böyük hissəsi Fərəcov qardaşlarına və Müqayis Verdiyevə qalır. Mənbə bildirir ki, Zakir Fərəcov şəxsən Müqayis Verdiyevə söz verib ki, uzaqbaşı bir illik həbsdən sonra yenidən azadlığa çıxacaq.
Nəticə isə budur ki, Nazim Fərəcovla Müqayis Verdiyevin qurduğu bu plan nəticəsində yüzlərlə fəhlənin əməkhaqqısını ala bilməyib və tikintidə iştirak edən 3 iş adamına da külli miqdarda ziyan dəyib. Verdiyev isə artıq alışdığı və kral həyt təri keçirdiyi həbsxanadan azad olunacağı günü gözləyir. Bu vəziyyətdən Zakir Fərəcov da məmnun görünür.
Xatırlatmaq istərdik ki, Müqayis Verdiyev 2013-cü ildə bu gün ittiham olunduğu eyni maddələrlə həbs olunmuşdu. Həmin zaman ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (mənimsəmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilmişdi. Həmin vaxt da Sumqayıtda olduğu kimi Goranboyda da fəhlələr kütləvi etiraz aksiyaları keçirirək maaşlarını tələb edirdi. Rəsmi ittihamda bildirilirdi ki, Müqayis Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib.
Bu o isə onu göstərir ki, özünü iş adamı kimi təqdim edən və fəhlələrin pulunu kəsən Müqayis Verdiyev əslində fırıldaqçı bir adamdır. Zakir Fərəcovu da Müqayis Verdiyevdəki bu "keyfiyyət" cəlb edibmiş...
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AzToday.az
Digər xəbərlər
loading...