“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “STP Global Cable” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 1 778 054.57 AZN olan müqavilədə müxtəlif növ rabitə, siqnal və güc kabellərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “STP Global Cable” MMC 6 oktyabr 2020-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Texno-Park sahəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Abdurrahman Güngör adlı şəxsdir.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə məlumatlar məhduddur. Bəlli olan odur ki, “STP Global Cable” MMC “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Mediada gedən məlumatlara görə, şirkətin yaradıcısı da elə STP-dir. Abdurrahman Güngördən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev İdris Ağa oğlu olub. 28 yanvar 2021-ci ildə MMC-nin reyestr sənədlərinə dəyişiklik edilib. Güman ki, bununla şirkətin qanuni təmsilçisi də dəyişib. (hit.az)