Xəbər verdiyimiz kimi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli məktəbin direktoru Samirə Əkbərovanın korrupsiya əməlində töhmət alan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovanın hazırda işdə qalıb-qalmaması məsələsinə baxılır.
Bu barədə Bizim.Media-ya özəl mənbədən bildirilib.
Abşeron Rayon Təhsil Şöbə müdirinin işindən kənarlaşdırılacağı bildirilir. Hazırda Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi Nazilə Məmmədova tərəfindən rayonda qeyri qanuni yollarla məktəblərə yerləşdirilmiş şəxslərin (müəllimlər, direktor müavinləri, xadimə və psixoloqlar) sənədlərinin yoxlanılmasına başlanılıb.
Mənbənin dediyinə görə işə düzəltmə adı ilə vətəndaşlardan külli miqdarda rüşvət almaqda ittiham olunan Samirə Əkbərova bu işdə Nazilə Məmmdova ilə əlbir olduğunu açıqlayıb.
Xatırladaq ki, rüşvətdə ittiham olunan Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli məktəbin direktoru Samirə Əkbərovanın korrupsiya əməlində Rayon Təhsil Şöbə müdiri Nazilə Məmmdli də ittiham olunur.
Hər iki şəxsin əlbir olaraq 30-a yaxın vətəndaşdan işə düzəltmə adı altında külli miqdarda rüşvət aldığı bidirilir.
Onu da qeyd edək ki, rüşvət qalmaqalına görə Samirə Əkbəroav barəsində Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Həmçinin direktor vəzifəsindən uzaqlaşdırılıb. Nazilə Məmmdliyə isə töhmət verilib.