XIX-XX əsrin ən parlaq uzaqgörəni şübhəsiz ki, amerikalı Edqar Keysi olub. Dərin yuxuya gedən zaman gələcəkdə baş verəcək hadisələri dəqiq dediyi üçün hər kəs onu “yatan peyğəmbər” adlandırırdı. Bütün fəaliyyəti zamanı o, 20 min insanı sağaldıb. Bunun sübutunu isə rəsmi sənədlərdə tapmaq mümkündür.
Edqar Keysi fermer ailəsində dünyaya gəlib. O, ilk dəfə 9 yaşında qeyri-adi bacarığının olduğunu hiss edib. Məktəbdə “daxma” sözünü heç cür yaza bilmədiyi üçün müəlliməsi atasına şikayət edir və buna görə Edqar atası tərəfindən yaxşıca danlanır. Bu hadisədən sonra sanki kimsə oğlana yatmalı olduğunu və yatarsa, bütün problemlərinin həll ediləcəyini söyləyir. Edqar belə də edir. O, bundan sonra kitabı başının altına qoyub yatır, səhər yuxudan ayılanda isə kitabın içərisində olan hər şeyi əzbər bilir.
1900-cü ildə Edqar atası ilə sığorta işinə girişir. Ancaq qəflətən boğaz iltihabı keçirir və nəticədə səsini itirir. Buna görə də biznesdən aralanaraq fotoqraf olmağa qərar verir. Həmin vaxt şəhərə gələn Hart adlı hipnozçu ilə tanış olur. Hart ona transa girərək hipnoz vasitəsilə səsini qaytarmağı təklif edir. Keysi razılaşır və həqiqətən də transa düşdüyü zaman səsi açılır. Lakin oyanandan sonra Edqar yenidən səsini itirir. Hipnozçu səhvini düzəltmək üçün nə qədər cəhd etsə də, bu, uğursuzluqla nəticələnir.
Sonunda hipnoz olunmuş Edqar yuxu zamanı diaqnozunu və sağalma metodlarını özü deyir. Edqar Keysi özü ilə bağlı verdiyi diaqnoza əməl edir və səsi doğrudan da geri qayıdır. Hipnozçu Hart özünün də sağlamlığında problem olduğu üçün transa girmiş Edqara müalicəsi ilə bağlı suallar verir. Və beləliklə “yatan peyğəmbər” ləqəbli falçının karyerası başlayır.
Edqar Keysi haqqında eşidən insanlar ona öz problemləri ilə müraciət etməyə başlayır. Əvvəlcə Edqar həkim olmadığını və insanlara ziyan vermək istəmədiyini deyərək seanslardan boyun qaçırırdı. Ancaq dostu və gəlini onu bu fikirdən daşındırır. Lakin Keysin iki şərti var idi: Birincisi, onun seanslarından mütləq şəkildə tibb işçiləri olmalı, ikincisi isə o, insanlara pulsuz yardım etməli idi.
1912-ci ildən başlayaraq ölümünə kimi Edqar Keysi hər gün 2 saat transa girirdi. Bir müddət sonra aydın olur ki, insanı sağaltmaq üçün həmin şəxsin iştirakı o qədər də vacib deyil. Həmin şəxsin şəkili və məktubu da onun sağalmasına kifayət edir. Ən maraqlısı odur ki, uzaqgörənin təkcə ingilis dilini bilməsinə baxmayaraq məktublar hansı dildə olsa, onlara məhz o dildə də cavab verirdi.
Bəzi diaqnozlar o qədər dəqiq olurdu ki, insanlar onun uzaqgörənlik imicini yalnız məşhurluq üçün istifadə etdiyini, əslində isə həkim olduğunu düşünürdü. Onun başına gələn maraqlı hadisələrdən biri isə hələ satışa çıxmayan dərmanın adını bilməsi olur. Belə ki, seansların birində “kodiron” adlı dərmanın adını çəkir. Və onun Çikaqo laboratoriyasında olduğunu vurğulayır. Çikaqoya zəng edərək deyilənlərin həqiqət olduğunu yoxlamaq istəyərkən alınan cavab hər kəsi təəccübləndirir: “Siz kodiron” dərmanı haqqında necə eşidə bilərsiniz axı. O, hələ satışa buraxılmayıb. Biz onun tərkibini və adını bu dəqiqə fikirləşib, tapmışıq”.
Bir dəfə Keysin oğlu kibrit çöpü ilə oynayarkən evdə saxlanılan maqneziumu yandırır. Oğlanın hər iki gözü xəsarət alır. Atası baş vermiş təlaşa təmkinli yanaşaraq tez dərin yuxuya dalaraq uşağın müalicəsi üçün lazım olan dərmanı tapır və yoldaşını uşağın gözlərini tanindən hazırlanmış məhlulla silməyi tapşırır. Bununla da övladı sağlamlığına qovuşur.
Keysin istedadından xəstə insanlardan başqa fırıldaqçılar da istifadə etmək istəyirdilər. Onlar lotereyada udacaq rəqəmləri və ya xəzinələrin yerlərini bilmək üçün Keysə müraciət edirdilər. Edqar bir neçə dəfə buna cəhd etsə də verdiyi proqnozlar düz çıxmayıb. Həm də belə seanslardan sonra onun halı kəskin dəyişirdi.
Bəzən insanın xəstəliyini və müalicə metodlarını deyəndən sonra, transdan çıxa bilməyib, ölkənin gələcəyi ilə bağlı proqnozlar da verirdi. 1945-ci ildə insanlar faşizm üzərində qələbəni qeyd edərkən, o sovet hökumətinin dağılacağı proqnozunu vermişdi.
Keysi transa düşdüyü zaman reinkarsiyadan, Atlantidadan, qədim Misirdən, böyük sfinksin hazırlanmasından və piramidalardan da danışıb.
Dərin yuxuya gedən zaman Keysi istənilən yer və insanla kontakt qura bilərdi. Onun XIX əsr üçün verdiyi xəbərlərdən biri çoxu həyata keçib.
Məsələn:
- Birinci və İkinci dünya müharibələri;
- 1929-cu ildə Uoll-stritdə baş vermiş avtoqəza;
- Lazerin kəşfi;
- Şimalı Avropanın su altında qalması;
- Atlantidanın suyun altından peyda olması;
- Misirin ərazisində Qeyd zalının tapılması;
- Yer oxunun dəyişməsi nəticəsində hava iqlimi dəyişməsi;
- 2004-cu ildə yer üzündə Beşinci yeni irqin yaranması.
Keysin axırıncı proqnozu məşhur maya qəbiləsinin verdiyi xəbəri təsdiqləyir: “Bu zaman biz beşinci dünyaya daxil olacağıq”.
İnsanlığı narahat edən isə XX əsrlə bağlı verdiyi proqnozlardır. Hazırda bütün dünya onun ən faciəvi xəbərinin gərçəkləşməsini gözləyir. Daha doğrusu, gərçəkləşməməsi üçün dua edir.
“Zəlzələnin baş verməsi nəticəsində materiklər bölünəcək və yeni yer kürəsi əmələ gələcək”.
O, deyirdi ki, Yaponiya su altında qalacaq və Şimalı Avropa bir göz qırpımında dəyişəcək. Müharibələrin getdiyi (1918-1927) torpaqların hamısı okeanlar və dənizlər altında qalacaq. Onlarda tamam başqa qayda-qanunlar yaranacaq və bir-biri ilə ticarət əlaqələri quracaqlar.
Keysinin 1934-cü ildə verdiyi xəbərə görə, Yer kürəsi bir çox yerindən bölünəcək, ilk olaraq Amerikanın sahilləri dəyişəcək. Belə ki, Amerikanın 44-cü prezidentdən sonra təbii fəlakətlər nəticəsində bu ölkənin bir hissəsi silinəcək. Qrenlandiyanın şimal rayonlarında sular əmələ gələcək, Karib dənizi isə torpaqla əvəzlənəcək. Antarktida torpaqla örtüləcək və sular orada tüğyan edəcək.
Ən vacib proqnozlardan biri isə SSRİ-nin yenidən qurulacağı xəbəridir. İlk daxil olacaq ölkələr isə bunlardır: Baltik ətrafı ölkələr, Ukrayna, Ermənistan, Belarus. Xatırladaq ki, bu barədə Vanqa və Nastradamus da proqnoz verib.
Keysi deyirdi ki, Cənubi Afrika buzla örtüləcək, dünyanın hakimi isə Çin olacaq. Daha sonra onlar rus və amerikalılarla bərabər Ayı və Marsı öz müstəmləkələrinə çevirəcəklər. Bütün bu proses başqa sivilizasiyaların köməyi ilə 3000-ci ildə bitəcək.
İnsanlar 800 il yaşayacaqlar, istəyənlər isə vaxtın keşiyində duran ittifaqa qatılmaq şərti ilə daha çox yaşaya biləcəklər. Həmən ittifaqın emblemini isə Keysi qara kartonda ağ sulu boya ilə çəkib. Bu yarımşəffaf şarda qadın və kişi təsvir olunub.
Keysin seanslar apardığı Virqini-Vic klinikasinda gələcəklə və xəstəliklərlə bağlı 14 min qeydi saxlanılır. Klinikanın dəhlizində “Keysə görə 1928-ci ildə tərtib edilmiş gələcəyin ssenarisi” şüşəli paneli divarla hörülüb.
Edqar öz xəstəliyini əvvəlcədən bilirdi və onun 1 yanvar 1945-ci ildəki son qeydi ölümü ilə bağlı idi. O, öləcəyi günü belə təsvir etmişdi: “Axşam saat 5-də mən tamamilə sağalacam”.
Edqar Keysi 1945-ci ilin 3 yanvarında Virciniya ştatında 67 yaşında vəfat edir. Onun son sözləri isə belə olub: “Dünyanın bu gün hər şeydən çox Allaha ehtiyacı var”.
Edqar Keysin minlərlə qeydləri 1931-ci ildə oğlu tərəfindən yaradılan tədqiqat və maarifçilik assosiasiyasında (ARE) saxlanılır. Edqar Keysi müxtəlif mövzularla bağlı 26 000 proqnoz və 30 000 xəstəliklə bağlı diaqnoz verib və ya məlumat yazıb. Bu gün 100 000-dən çox üzvü olan “ARE” qurumunun bir çox dövlətlərdə nümayəndəliyi var. Məqsəd isə Keysin verdiyi proqnozların həqiqiliyini sübut etməkdir. Bunu isə zaman göstərəcək...(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...