Qarabağ Dirçəliş Fondu-na mətbuat katibi təyin olunub.
MilliYol.Az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Pərvin Məmmədova təyinat alıb. Bu haqda xanım jurnalist öz "Facebook” statusunda qeyd edib:
"Dostlar, bu gündən Qarabağ Dirçəliş Fondu-da PR və Kommunikasiya üzrə koordinator, alışdığımız dillə desək mətbuat katibi vəzifəsini icra edəcəyəm.
Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa xidmətim olacağı üçün çox qürurluyam!
Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik.
Biz birlikdə güclüyük!"
Qeyd edək ki, Pərvin Məmmədova bu təyinata qədər Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq çalışıb.