Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunur.
"Report”un əldə etdiyi məlumata görə, Milli Məclisə "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:
1. Dadaşov İlqar Ağababaş oğlu
2. Əhmədov Əhməd Abbas oğlu
3. Əliyev Ələsgər Əliabbas oğlu
4. Kərimov Fərhad Abdulkərim oğlu
5. Mövsümov Nazim Rasim oğlu
6. Nağıyem İman Məhəmməd oğlu
7. Rəcəbov İlkin Əbülfəz oğlu
Bakı Apellyasiya Məhkəməsinə də yeni hakimlər təyin edilir. Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:
1. Həmidov Həmid Üzeyir oğlu
2. Hüseynov Azər Soltanhəmid oğlu
3. Tağızadə Mirzə Nəsib oğlu
4. Babayev Zəki Baba oğlu
5. Bəktaşi Səadət İnayət qızı
6. Əkbərov Mübariz Dosməmməd oğlu
7. İbrahimli İbrahim Adil oğlu
Naxçıvan Ali Məhkəməsinə də yeni hakimlərin təyin olunması təklif edilir. Milli Məclisə bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:
1. Allahverdiyev Əli Kərim oğlu
2. Kuimova Vera Gennadiyevna
3. Qurbanova Yusifəli Süleyman oğlu
Həmçinin Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir. Bununla bağlı parlamentə “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəd daxil olub.
Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.