Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 328 994 nəfər koronavirusa yoluxub. Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.
Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 test aparılıb.
Son sutkada koronavirus əleyhinə 13 107vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 739 153təşkil edir.