Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.
Son gün ərzində 10 244, hazırkı dövrədək isə 3 321 511 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 34856 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29288 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1661772,birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1001968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659804 təşkil edir.