Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib, aktiv xəstə sayı 19044 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, ötən müddət ərzində isə ümumilikdə 3 300 581 test aparılıb.
Son sutkada koronavirus əleyhinə 27 777 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4290, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 23 487 nəfərdir.
Azərbaycanda ümumilikdə 1 593 883 vaksin vurulub.Birinci mərhələüzrəvaksinasiya olunanların sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 601 631 nəfərdir.