Bu yaxınlarda CBC telekanalındakı işindən ayrılan jurnalist Fərəh Sabirqızına yeni vəzifə verilib.
MilliYol.Az xəbər verir ki, o, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssi təyin edilib.
F. Sabirqızı yeni təyinat haqqında sosial şəbəkə hesabında bunları qeyd edib:
"Gözəl Şəki, Kiş, Basqal, Lahıc və Xınalıq... Yanar dağımız və Atəşgahımız. Artıq Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi kimi bu gözəl qoruqlarımızın, bu nadir təbiət abidələrimizin təbliği naminə işləyəcəyəm. Uğurlar diləyin!".
F.Sabirqızı Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Universitetin sonuncu kursunda ikən Maştağadakı 255 saylı orta məktəbdə fizika, riyaziyyat, astronomiyadan dərs deməyə başlayıb. Sonradan paralel olaraq 189 saylı orta məktəbdə də dərs deyib. İki illik müəllimlik fəaliyyətindən sonra təhsil sahəsini tərk edib - jurnalistikaya keçib.
“Yeni Müsavat”, “Gün səhər”, “BakuPost” qəzetlərində işləyib.
Daha sonra 4 il CBC televiziyasında veb-redaktor və parlament müxbiri kimi çalışıb.
PR sahəsində özəl şirkətlərlə əməkdaşlıq edib. Parlament Jurnalistləri Birliyinin sədr müavinidir.