"Respublika" qəzetinə yeni baş redaktor təyin edilib.
Bu vəzifəyə Hümmət Musayev təyinat alıb. Məlumata görə, təyinat aprelin əvvəllərində baş tutub.
Hümmət Musayev bundan əvvəl “Respublika”qəzetin baş redaktorunun müavini - məsul katib vəzifəsində çalışıb.
O, Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. “Təxminən 15 gün əvvəl bu vəzifəyə təyinat almışam”, - deyə yeni baş redaktor bildirib.
Qeyd edək ki, "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. 1995-ci ildən qəzetə Teymur Əhmədov rəhbərlik edib. O, 16 mart 2021-ci il tarixdə 90 yaşında dünyasını dəyişib. Teymur Əhmədovun ölüm səbəbi koronavirus infeksiyası olub.