Insanların marağını daha çox iri şəhərlər cəlb etsə də, dünyada elə kəndlər var ki, onlar öz qaydaları ilə və qeyri-adi mentaliteti ilə fərqlənirlər.
Canilərin, təqaüdçülərin, seksual manyakların yaşadıqları məkanları təqdim edirik.
Kodinhi, Hindistan - "Əkizlər şəhəri"
Dünyada əkizlərin çoxu Kandidu-Qodoy şəhərində göz açır. Tarixçilərin fikrincə, əkizlər Yozef Mengelenin təcrübələrinin nəticəsində meydana gəlib. Mengele müharibədən qaçaraq 60-cı illərdə Kandidu-Qodoy kəndinə gəlib və orada yerli həkim kimi çalışmağa başlayıb. Bundan əlavə, o, sakinlərin qanını götürməklə bir sıra təcrübələr də aparmaqla məşğul olub.
Sleb-Siti, Kaliforniya - "Amerikanın sonuncu azad şəhəri"
Kaliforniya səhrasında hərbi barakların atıldığı yerdə evsizlərin şəhəri yaranıb. Bu şəhərdə nə kanalizasiya, nə də içməli su var. Bura yalnız beton divarlardan ibarətdir. Şəhərdə 100 nəfər yaşayır. Qışda isə şəhər sakinlərinin sayı 3000-ə çatır. Maraqlı burasıdır ki, burada heç bir qanun işləmir. Ona görə də şəhər sakinləri Sleb-Sitini "Amerikanın sonuncu azad şəhəri" adlandırır.
Xuasi, Çin - "Çinin ən varlı kəndi"
Çinin Tzyansu əyalətində yerləşən Xuasi kəndi özəlliyi ilə seçilir. Özəllik ondan ibarətdir ki, kənddə dünyanın heç bir yerində olmayan göydələn ucaldılıb. 328 metr hündürlüyündə olan tikili dünyada 58-ci yerdə qərarlaşıb. Xuasi kəndi 1961-ci ildə kənd təsərrüfatı kommunası kimi salınıb, lakin bir neçə ildən sonra sənaye mərkəzinə çevrilib.
Malana, Hindistan - "Dağ kəndi"
Hindistanın Himçal-Pradeş ştatında Malana adlı dağ kəndi yerləşir. Bu kənd illər boyu təcrid edilib. Kənddə nə konstitusiya, nə qanunlar, nə də polis fəaliyyət göstərir. 1500 nəfərdən ibarət olan kənd dünyanın ən qədim demokratik məkanlarından biri hesab olunur. Malananın qapıları ziyarətçilərə ilk dəfə 2009-cu ildə açılıb.
Mirekl-Villec, Florida - "Seksual canilərin kəndi"
Mirekl-Villec kənd sakinlərinin ümumi bir oxşarlığı var: onların hamısı seksual canilərdir. Florida qanunlarına görə, seksual canilər uşaqların olduğu əraziyə 300 metrdən artıq yaxınlaşa bilməzlər. Buraya məktəb, park və hətta avtobus dayanacaqları da aiddir. Əlbəttə ki, bu şərtlərlə özünə sığınacaq tapmaq çox çətindir. Ona görə də seksual canilər üçün 2009-cu ildə xüsusi bir kənd tikilib.
Te-Villicis, Florida - "Təqaüdçülər kəndi"
Floridanın bu kəndində daha çox təqaüdçülər məskunlaşıb. Dünyanın ən böyük təqaüdçü kəndində yüz min yaşlı insan var. Yaşı 19-dan yuxarı olan şəxslər bu kənddə yaşaya bilməzlər. Uşaqlar isə 30 gündən çox olmamaq şərti ilə yaşaya bilərlər. Te-Villicis nəhəng qocalar evini xatırladır.
Kuber-Pedi, Avstraliya
Avstraliyanın Kuber-Pedi regionu kəskin temperaturu ilə seçilir. Burada havanın temperaturu 50 dərəcəyə qədər qalxır. Bununla belə, 1915-ci ildə opal çıxaranlar üçün Kuber-Pedidə kənd salındı. Lakin bu kənd yerin üstündə yox, altında salınıb. Hər şey - evlər, kilsə, mağazalar torpağın altındadır.(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...