Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılıb.
Unikal.org-un məlumatına görə, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. O, 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Məlum olub ki, D.Əliyeva təhsil haqqının özü ödəyəcəyi adı ilə qeyri-qanuni olaraq tələbələrdən şəxsən yığıb, lakin büdcəyə ödəməyib.
Şikayətçilər tələbələrin ödəniş etmədiyi halda dərslərə buraxılmasını və buna görə qanunsuz əməllərdən xəbər tutmamalarını əsas gətirərək, bu məsələdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın da günahkar olduğunu bildirir.
Dələduzluğa məruz qalan tələbələr və onların valideynləri rektorun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.