Mən özüm də COVID-19 əleyhinə vurulan peyvəndin hər iki dozasını almışam. Xəstə anamdan tutmuş cavan yaşlı qardaşıma, qohumlarıma da peyvənd vurdurmuşam.
MilliYol.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, hər kəs peyvənd olunmasa, fəsadlar ağır olacaq:
“Çünki keçən il COVID-19-a yoluxan qohum və ailə üzvlərimdən itirdiklərim olub. Bəzən nə etsək də, ölümün qarşısını ala bilmirik”.
S.Babayev bildirib ki, nazirliyin kollektivindən 900 nəfəri COVID-19-a yoluxub:
“İşçilərimizdən altı nəfəri virusdan dünyasını dəyişib. İşçilərimizin ailələrində yaxınlarını itirənlər daha çox olub. Çox sayda əməkdaşlarımız vaksinasiya prosesindən keçib. Bununla yanaşı, 40 yaş üzəri olan işçilərimizin demək olar hamısı peyvənd vurdurub”