Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gedib.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Dövlət başçısı də Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib. İlham Əliyevə sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.
Bu gün Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.
Daha sonra Prezident Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub. Ölkə rəhbəri əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.