Sosial şəbəkədə ABŞ-ın yeni prezidenti Donald Trampı öldürmək istədiyini yazan gənc həbs edilə bilər. 24 yaşlı Zaçari Benson adlı gənc “twitter” hesabında “Həyatımın məqsədi Trampı öldürməkdir” kimi paylaşım edib.
ABŞ mətbuatının yazdığına görə, gənc bundan sonra saxlanılıb və məhkəməyə cəlb edilib. Gəncə 5 il həbs cəzası verilməsi istənilib.
Rəsmi açıqlamaya görə, Benson bu paylaşımı 9 noyabrda edib və sonradan hesabı bağlanıb.
Benson həmin tviti yazdığını qəbul etsə də, “öldürmək istəyirəm” ifadəsini sözün həqiqi mənasında işlətmədiyini deyib. O, Trampın siyasi fəaliyyətinin ABŞ-ın iqtisadi vəziyyətinə mənfi təsir edəcəyini düşünərək belə bir ifadə paylaşdığını iddia edib.
Qeyd edək ki, bu il mart ayında sosial şəbəkədə prezident Barak Obamanı öldürmək istədiyini deyən gəncə 3 il həbs cəzası verilmişdi.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...