“Aqroservis” ASC bu gün regional nümayəndəliklər və onların rayon bölmələrində yanğın təhlükəsizlik sistemlərinin cari təmir işlərinin satınalınması ilə bağlı müsabiqəyə yekun vurub.
AzToday.az xəbər verir ki, məbləği 1 milyon 425 min 645 manat 8 qəpik olan tenderin qalibi “Fire Safety and Security Systems” MMC olub.
Tenderin şərtləri, yəni şirkətin hansı işləri görəcəyi açıqlanmayıb.
Qeyd edək ki, tenderin qalibi elan edilən “Fire Safety and Security Systems” MMC-nin hazırda 1789 manat 49 qəpik vergi borcu. Satınalmalar haqqında mövcud qanunvericilik vergi borcu olan hüquqi və fiziki şəxslərin satınalmalarda iştirak etməsini məhdudlaşdırır.
Min manat nizamnamə kapitalına malik “Fire Safety and Security Systems” 12.05.2017 tarixində yaradılıb. MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan 3 MKR, ev 2A, qanuni təmsilçisi isə Emin Qəhrəmanov Mürsəl oğludur.
15.10.2019 tarixindən başlayaraq indiyə kimi şirkətlə 5 satınalma müqavləsi bağlanılıb.