Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2035 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib, aktiv xəstə sayı 26659 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb.
Son sutkada koronavirus əleyhinə 34344 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13885 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 982 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 820 təşkil edir.