Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.
MilliYol.Az Mia.az-a istinadən xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.
DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, polis polkovniki Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...