Tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.
MilliYol.Az xəbər verir ki, bu barədə həkimin özü sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, hadisə martın 27-si axşam saatlarında qeydə alınıb:
“Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.
Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.
Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!”
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkimi olan V.İsmayıl 30-dan çox elmi məqalənin müəllifidir. O, Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür.