Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.
Son sutka ərzində 9 670, hazırkı dövrədək isə 2 826 454 test aparılıb.
Digər xəbərlər
loading...