"Ermənistanın yarası təzədir, müharibədə məğlub olduğunu hələ başa düşə bilməyib. Diaspora və erməni mətbuatını izləyəndə bu müharibənin nəticələrini hələ başa düşmədiklərini anlayırsan".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.
General bildirib ki, Azərbaycan hərbçiləri bölgədə sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaq:
"ATƏT-in Minsk qrupunu yenidən hərəkətə gətirmək və Qarabağ torpaqlarını Azərbaycandan almaq istəyənlər var. Bunların baş verməsi artıq vacib deyil, bu cür çıxışlar susdurulacaq.
Ermənistan dövləti hələ daxili sabitliyini tapmayıb. Ölkədə hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, Prezident Baş nazir və Baş nazir ordu arasındakı çəkişmələr ölkədə daha da qeyri-sabit vəziyyət yaradır. Belə bir vəziyyətdə macəra axtaranlar ola bilər. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri hazır vəziyyətdə Ermənistan sülh müqaviləsinə imza atana qədər baş verə biləcək hər hansı bir terror hadisəsinin qarşısını almaq məqsədilə prosesləri diqqətlə müşahidə edir.
Bu səbəbdən keçirilən irimiqyaslı təlimlərin və şəxsi heyətin hazır vəziyyətə gətirilməsi çox düzgün qərardır. Azərbaycan hərbçiləri Ermənistandan qaynaqlanan təhdid və təxribatların qarşısını alaraq sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaqlar. Bu addımın da çox uğurlu olacağına inanırıq".