Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi müəyyənləşib.
MilliYol.Az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook”da yazıb.
Baş nazir bildirib ki, qanunvericiliyə əsasən, Artak Davtyan Baş Qərargah rəisi təyin edilmiş sayılır.
Qeyd edək ki, Artak Davtyan 1990-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Ali Hərbi Məktəbinin komanda taktiki şöbəsinə daxil olub. 1995-1998-ci illərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasında təhsil alıb və buranı fərqlənmə ilə bitirib.
1998-2005-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi birləşmələrində vəzifələr tutub. 2005-2006-cı illərdə Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb. O, Hərbi Akademiyanı fərqlənmə ilə bitirib.
2006-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəis müavini təyin edilib. 2007-ci ildə isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəisi olub.
2010-cu ilin yanvarın 25-də isə Artak Davtyana general-mayor rütbəsi verilib. 2017-ci il sentyabrın 28-də Ermənistan Silahlı Qüvvələrinin Beşinci Ordu Korpusunun rəhbəri təyin edilib.