Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun özünə yeni müavin təyin etməsi ölkədə böyük rezanans yaradıb.
Yeni nazir müavini Anastasiya Deeva sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq şəkilləri ilə gündəmə gəlib.
24 yaşlı Deeva yeni vəzifəyə təyin edildikdən sonra çəkdirdiyi çılpaq fotolar mətbuatda yayıldıqdan sonra aləmi bir-birinə qarışıb. Birmənalı qarşılanmayan fotolara Ukraynanın tanınmış siyasi və elm xadimləri reaksiya verib. Ukraynalı siyasətçi İrina Geraşçenko bildirib ki, Anastasia bu vəzifəyə layiq deyil. Bunun səbəbi təkcə çılpaq fotolar deyil. Eyni zamanda Anastasianın tərcümeyi-halı da səhv məlumatlarla doludur: "10 illik siyasi təcrübəsi olduğunu iddia edən nazir müavini karyeraya 14 yaşında başlaya bilməz"
Daxili işlər naziri Arsen Avakov "Facebook" hesabında tənqidlərə cavab verərək Anastasiyanın çox ağıllı, bacarıqlı və talantlı qız olduğunu qeyd edib.
Ukrayna Daxili İşlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini təyin edilən Anastasiyanın uşaqlığı İngiltərədə keçib. Təhsilini İngiltərədə tamamlayan Deeva hələ 18 yaşında millət vəkilllərindən birinin müşaviri kimi işləyib. Cazibədar xanım həmçinin Taras Şevçenko adına Kiyev Dövlət Universitetində siyasi elmlər üzrə təhsil alıb.(Missiya.Az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...