Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.
MilliYol.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla üz-üzə gəlib.
İlk hissədə 4:5 hesabı ilə geridə olan Abakarov ikinci yarıda geridönüş edə bilib. Mxitaryanı 8:5 hesabı ilə məğlub edən güləşçi bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.
Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Digər xəbərlər
loading...