ABŞ Milli Kəşfiyyatının rəhbəri Ceyms Klepper istefa verib.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, o, bu barədə Kəşfiyyat Komitəsinni Nümayəndələr Palatasının iclasında çıxışı zamanı bildirib.
“Dünən gecə istefa ilə bağlı qərara gəlmişəm və bu qərarımdan da təəssüflənmirəm. 64 gün,yəni prezident Barak Obamanın postunu təhvil verəcəyi günə qədər işləyəcəm”, - C. Klepper söyləyib.
Onun bu addımı ABŞ-ın 45-ci prezidenti Donald Trampla işləmək istəmədiyi ilə əlaqələndirilir.
Qeyd edək ki, Ceyms Klepper bu posta 2010-cu ilin avqustunda təyin olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...