İş vaxtından kənar - məzuniyyətdə olarkən 16 fevral 2021-ci il tarixində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində boğulan şəxsi xilas etmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun dalğıcı daxili xidmət çavuşu Dosməmmədov Dosməmməd Qəhrəman oğlu döş nişanı ilə təltif olunub.
Qaynarinfo xəbər verir ki, xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Dosməmməd Dosməmmədova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olduğunu bildirib.
Daha sonra D.Dosməmmədova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı və vəsiqəsi təqdim edilib.