Məşhur “Veysəloğlu” şirkətinin satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.
MilliYol.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.
Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...