Ukrayna Eurovision-un təşkilinə 10 milyon avro xərcləməyi planlaşdırır.
Bunu Ukraynanın infrastruktur nazirinin məsləhətçisi Yanika Merilo Estoniyanın ETV+ kanalına müsahibəsində deyib.
"Eurovision"u ya Azərbaycan kimi 50 milyon dollar böyük pula, yaxud da Estoniya kimi 8 milyon avroya təşkil etmək olar. Biz isə bu yarışı 10 milyona təşkil etməyə planlaşdırırıq", - deyə nazirin məsləhətçisi bildirib.
O, deyib ki, Ukrayna yarış iştirakçısı ölkələrindən olan sponsor və donorların yardımına ümid edir. "Biz "Eurovision" üçün yeni arenalar tikməyi planlaşdırmırıq. Avro-2012 üçün tikilən meydanlardan istifadə edəcəyik. Yarışın yarımfinalı Lvov, Dnepropetrovs, ya da Odessada keçiril` bilər. Final isə Kiyevdə olar", deyə Merilo bildirib. (baku.ws)
"Milli Yol"
Digər xəbərlər
loading...