Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı çatıb.
YAP İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.
Bundan başqa partiyanın Siyasi Şurası ləğv edilib.
11.17
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.
MilliYol.Az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
10.48
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
MilliYol.Az-ın xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
09.54
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Milliyol.az xəbər verir ki, partiyanın VII qurultayı saat 10.00-da başlayacaq. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.