Gəncə şəhərinin Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.
Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...