"Serj Sarkisyan ancaq bir halda Prezident İlham Əliyevə zəng edə bilər - öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün".
MilliYol.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
A.Mirzəzadənin bildirib ki, Serj Sarkisyan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışıb:
"Dünən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar edərək insidentin qarşısını birgə almağı təklif edib. Dünya yaxşı bilir ki, ortada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan Ermənistandan ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Bu torpaqlar isə 1991-1994-cü illərdə məhz Serj Sarkisyan Ermənistanın müdafiə naziri olarkən işğal edilib".
Millət vəkili vurğulayıb ki, dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdırmaq mexanizmi yoxdur:
"Nədənsə Sarkisyan bu "qaynar xətti" müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə təklif etmirdi. Ermənistan atəşkəsin pozulmasını yox, Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmağı düşünməlidir. O, yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişkən "Erməni əsgəri ölmək istəmirsə, o rədd olub Azərbaycan torpaqlarından çıxıb getməlidir".
MilliYol.Az
Digər xəbərlər
loading...