Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. "Milli Yol" xəbər verir ki, hadisə Əfqanistanda baş verib.
Əfqanistan daxilində yük daşımaları məqsədilə "Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsi mühərriklərin sıradan çıxması səbəbilə Kabildə havaya qalxarkən qəzaya düşüb. Ekipaj üzvlərindən 2 nəfər (ukraynalı) ağır vəziyyətdədirlər, digər üzvlər isə vəfat edib”.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından "Milli Yol"a verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18.30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
"Milli Yol"
Digər xəbərlər
loading...