"Yeganə mübarizə vasitəsi tədrisi davam etdirməkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, tədrisin dayandırılması heç vaxt mübarizə predmeti ola bilməz:
"Hesab edirəm ki, tədris müəssisələri fəaliyyətini davam etdirməlidir. Bu zaman yoluxan şəxslər müəyyənləşdirilib cəmiyyətdən tədric ediləcək”.
Kamran Əsədov vurğulayıb ki, fevralın 1-də dərslər başlayıb və bu müddətdə cəmi bir məktəbdə yoluxma səbəbindən tədris prosesi dayanıb:
"Əvvəllər daha çox müəllim, şagird arasında yoluxma halları müşahidə edilirdisə, indi bu rəqəm kifayət qədər aşağıdır. Heç bir halda tədrisin yoluxma səbəbindən məhdudlaşdırılması tövsiyə olunmur”.
Digər xəbərlər
loading...